AUT.AZ

“Yunayted”in yeni rəhbərliyindən sərt qərar: Güzəştlər ləğv edildi

“Mançester Yunayted”in yeni rəhbərliyi İngiltərə kubokunun finalı üçün klubun əməkdaşlarına verilən güzəştləri ləğv etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, əvvəllər təqribən 1100 işçi pulsuz biletlər və “Uembli”yə gediş-gəliş bileti əldə edirdi. Klub onların Londondakı mehmanxana xərclərini də qarşılayırdı. Eyni zamanda, yüksək vəzifəli işçilər və direktorlar dostlarını və qohumlarını özləri ilə matça apara bilərdilər.

“The Times”ın məlumatına görə, “Mançester Yunayted”in yeni ortaq sahibi “Ineos”, hər bir işçiyə yalnız bir bilet alacağını müəyyən edib. Onlar həmçinin oyun günü “Uembli”yə avtobusla gediş-gəliş üçün 20 funt ödəyəcəklər. Oyundan əvvəl nahar və oyundan sonrakı əyləncəyə dəvət kimi bütün digər üstünlüklər ləğv edilib.

Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Oyun mayın 25-də baş tutacaq.

Aut.az

Exit mobile version