AUT.AZ

Ten Haqdan bu 3 nəşrə qadağa: Suallarını cavablandırmadı

Erik ten Haq üç nəşrdən olan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

“Mançester Yunayted”in baş məşqçisi üç KİV-ə mətbuat konfransında sual verməyi qadağan edib.

Aut.az xəbər verir ki, o, bu nəşrlərin  komandasının FA kubokun yarımfinalında  “Koventri” üzərində penaltilər seriyasında ( 3-3, penaltilərdə 4-2) qələbəsindən sonra yaydıqları xəbərlərin “hörmətsiz” xarakteri ilə izah edib.

Premyer Liqanın 35-ci turunun şənbə günü “Bernli” ilə oyunu öncəsi niderlandlı “The Sun”, “Manchester Evening News” və “The Mirror” qəzetlərinin jurnalistlərinin suallarını cavablandırmayıb.

Xatırladaq ki, dekabrda “Mançester Yunayted” dörd jurnalistə Ten Haq haqqında daxili məlumat verməyə qadağa qoyub.

Aut.az

 

Exit mobile version