AUT.AZ

Təklif aldı: DÇ-2026-da bu yığmaya rəhbərlik et

Kanada Futbol Assosiasiyası (CSA) “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ule Qunnar Sulşerə Kanada yığmasına 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatında rəhbərlik etmək təklifi ilə müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Çelsi”nin keçmiş baş məşqçisi Frank Lempard , həmçinin “Real Madrid”, “İnter”, “Roma” və digər komandalara rəhbərlik etmiş portuqaliyalı mütəxəssis Joze Mourinyo əvvəllər bu təklifdən imtina edib.

Xatırladaq ki, Sulşerin son iş yeri 2019-cu ilin martından 2021-ci ilin noyabrına kimi çalışdığı “Mançester Yunayted” olub. Hazırda norveçli mütəxəssis UEFA-da matç analitiki vəzifəsində çalışır.

Aut.az

Exit mobile version