AUT.AZ

Son mərhələdir: “Bavariya” 2-3 milyon ödəyib bu məşqçini əldə edəcək

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Münhen klubunu təhvil almaq üçün “Bavariya” ilə danışıqların son mərhələsindədir.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bavariya” Ranqnikə uzunmüddətli müqavilə təklif etmək istəmir, eyni zamanda onun mövsüm üçün məşqçi olmasını da istəmir. Münhen komandasının avstriyalı mütəxəssislə 2026 və ya 2027-ci ilin yayına qədər əmək müqaviləsi bağlayacağı gözlənilir.

Bundan əlavə, “Bavariya” Ranqnikin bu ölkənin millisinin baş məşqçisi postundan vaxtından əvvəl istefaya göndərilməsinə görə Avstriya Futbol Federasiyasına 2-3 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, daha əvvəl mediada “Bavariya”nın Ranqnikin təyinatını bu həftə elan edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Aut.az

Exit mobile version