AUT.AZ

Reşford dözmədi: Aylardır davam edir, yetər

“Mançester Yunayted”in cinah oyunçusu Markus Reşford tənqidlərə cavab verib.

Aut.az xəbər verir ki, Reşford “ X” sosial şəbəkəsində şərhlərdən birinə cavab verərək bu haqda danışıb.

Şərh: “Markus Reşforda münasibət tamamilə iyrəncdir. Bu kobudluqdur, qəddarlıqdır”.

Reşford: “Dəstəyinizə görə təşəkkür edirəm! Bu sui-istifadədir və aylardır davam edir. Yetər!”

Xatırladaq ki, bu mövsüm Reşford bütün turnirlərdə 40 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Aut.az

Exit mobile version