AUT.AZ

“Red Bull” üçün soyuq duş: Əfsanə gedir

Əfsanəvi dizayner Adrian Nyui tezliklə “Red Bull”dan ayrıldığını elan edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Auto Motor und Sport” məlumat yayıb.

Nyui 2006-cı ildən komandanın dizayn bürosuna rəhbərlik edir. Bundan əvvəl britaniyalı “Williams” və “McLaren” ilə titullar qazanmışdı. Ümumilikdə, Nyuinin adında 12 konstruktor çempionluğu var.

“Red Bull”un bütün qələbələri və titulları mütəxəssisin iştirakı ilə qazanılıb.

Rəsmi olaraq mütəxəssisin müqaviləsi 2025-ci ilin sonunda başa çatır. Bununla belə, Adrianın cari mövsümün sonunda vəzifəsindən azad olunmaq istədiyi barədə şayiələr yayılıb.

Dizaynerin gələcəkdə hara gedəcəyi də məlum deyil. AMuS yazır ki, mütəxəssislər onu “Ferrari”də görürlər.

Aut.az

Exit mobile version