AUT.AZ

Messi 10 il əvvəl ölən məşqçini belə yad etdi – FOTO

Lionel Messi vəfatının 10-cu ildönümündə “Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın xatirəsini ehtiramla yad edib.

Aut.az xəbər verir ki, Messi sosial şəbəkədə 2012/2013 mövsümündə “Barselona”nı La Liqa çempionluğuna aparan, “blaugrana”nın topladığı xallara görə (100) rekord vuran Vilanova ilə fotosunu yerləşdirib.

Vilanova 2013-cü ildə xərçəng xəstəliyinin təkrarlanmasından sonra komandanın məşqçisi postunu tərk edib və 25 aprel 2014-cü ildə dünyasını dəyişib.

“Artıq 10 ildir. Biz səni unutmayacağıq, Tito”, – deyə Messi yazıb.

Aut.az

Exit mobile version