AUT.AZ

İspaniya futbolunun yeni rəhbəri o oldu

Pedro Roşa İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti seçilib.

Aut.az xəbər verir ki, Assambleya üzvlərinin əksəriyyəti bu vəzifəyə yeganə namizəd olan Roşanı dəstəkləyib.

Roşa bu vəzifədə İspaniya millisinin futbolçusu Cennifer Hermosonu öpdüyü üçün yaranan qalmaqal səbəbindən istefa verməyə məcbur olan Luis Rubialesi əvəzləyib.

Rubalesin işinə məhkəmədə baxılır. Prokurorlar ona 2,5 il həbs istəyib.

Aut.az

Exit mobile version