AUT.AZ

Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Aut.az xəbər verir ki, üçqat Avropa çempionu uyğun ardıcıllıqla Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Digər təmsilçilərimiz – Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Exit mobile version