AUT.AZ

Həbibin sayəsində ABŞ-da “Salam əleyküm” deyirlər

Amerikalı MMA meneceri Əli Əbdül-Əziz keçmiş müştərisi, əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov haqqında danışıb.

Aut.az xəbər verir ki, Əli Həbibin sayəsində ABŞ-da insanların Dağıstanı tanıdığını bildirib.

“Həbib Həbibdir, kişi. Həbib təkcə qəfəslə bağlı deyil, qəfəsdən kənarda bu oğlan bütün idmanımızı dəyişdi. Onun sayəsində insanlar Dağıstan haqqında bilirlər. Dağıstanlılardan əvvəl heç kimin xəbəri yox idi. İndi insanlar ərəbcə “Əlhəmdulillah”, “Salam əleyküm” kimi sözlər deyirlər.

O, çox şey gətirdi. Soruşurdular: sən müsəlmansan? İnsanlar qorxurdular. İndi hamı deyir: “Salam əleyküm, necəsən?” Hər bir dində yaxşı və pis insanlar var. Həbib sakitcə deyə bilər: “Mən müsəlmanam, dağıstanlıyam, amma bütün insanları sevirəm”. O, dürüst insandır”, – Əbdül Əziz “Show Me The Money”ə müsahibəsində deyib.

Həbib Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və 29 qələbə qazanıb. O, 2020-ci ilin oktyabrında yüngül çəkidə UFC dünya çempionu kimi karyerasını bitirib.

Aut.az

Exit mobile version