AUT.AZ

Bütün Avropanın istədiyi futbolçunun qiyməti açıqlandı: Fantastik məbləğ

“Şaxtyor”un futbol direktoru Dario Srna hesab edir ki, yarımmüdafiəçi Georgi Sudakov klubun böyük pullar almaq istədiyi unikal futbolçudur.

Aut.az xəbər verir ki, Srna bir çox Avropa nəhənginin  maraq dairəsində olan futbolçunu maksimum baha qiymətə satmaq istədiklərini bildirib.

“Şaxtyor”un prezidenti Sudakov üçün çoxlu pul almaq istəyir. 40-45 milyon almaq istəsəydi, artıq “Napoli”yə verərdi. Amma Sudakov unikal futbolçudur. Çılğın iş görür, çiynində yaxşı başı var. Avropada belə oyunçular çox deyil.

Sudakov çox böyük məbləğə satılacaq – əminəm ki, bu, 60 milyon avrodan çoxdur. Və o, bu cür pula dəyər. Premyer Liqa təklifləri? İngiltərədən hələlik heç bir konkret təklif yoxdur. Bütün Avropa onu istəyir. Ukrayna öz istedadlarını inkişaf etdirməyə davam etməlidir ki, belə oyunçular getdikcə daha çox olsun”, – Srna deyib.

Aut.az

Exit mobile version