AUT.AZ

“Bavariya” azarkeşləri petisiya başlatdılar – Onu istəmirik

“Bavariya” azarkeşləri avstriyalı mütəxəssis Ralf Ranqnikin Münhen klubunun yeni baş məşqçisi postuna dəvət olunmasına qarşı petisiyaya başlayıblar.

Aut.az xəbər verir ki, bu barədə” Salzburger Nachrichten” məlumat yayıb.

“Biz “Bavariya” azarkeşləri olaraq qeyd etmək istəyirik ki, Tomas Tuxel düzgün insandır və onu saxlamaq lazımdır! Buna görə də biz petisiyaya başlayırıq və ümid edirik ki, medianın və klub rəhbərlərinin diqqətini cəlb edəcəyik”, – deyə petisiyanın təsvirində deyilir.

O da vurğulanır ki, “Bavariya” azarkeşləri Ranqnikin vaxtilə “Red Bull” klub sistemində işləməsini bəyənmirlər.

Bu günədək petisiyanı 6000-dən çox insan imzalayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda hazırda Avstriya millisinə rəhbərlik edən Rangnikin bu həftə “Bavariya”nın baş məşqçisi postuna təyin oluna biləcəyi barədə məlumatlar yayılmışdı.

Aut.az

Exit mobile version