AUT.AZ

“Barselona” gürcü futbolçunu hədəfə aldı

“Napoli”nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Gürcü futbolçu “Barselona”nın əsas transfer hədəfləri siyahısındadır. Mənbə qeyd edir ki, Kvaratsxeliya və “Napoli” arasında yeni müqavilə ilə bağlı danışıqlar oyunçunun maaş tələbləri səbəbindən dalana dirənib. “Barselona”nın bu vəziyyəti diqqətlə izlədiyi bildirilir.

Daha əvvəl “Napoli”nin Kvaratsxeliyanı satmağa hazır olduğu, lakin ən azı 100 milyon avro tələb olunacağı bildirilirdi .

“Transfermarkt” Kvaratsxeliyanın dəyərini 80 milyon avro qiymətləndirir. Bu mövsüm o, İtaliya çempionatında 30 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

Exit mobile version