AUT.AZ

Azarkeşlər etiraz etdi: Bu ölkə VAR-a “yox” dedi

İsveç videotəkrar sistemindən (VAR) istifadə etməyəcək.

Aut.az xəbər verir ki, bu məlumatı İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reynfeldt “Aftonbladet”ə müsahibəsində təsdiqləyib.

Onun sözlərinə görə, İsveçin 18 aparıcı klubu VAR-ın tətbiqinə qarşı çıxıb.

“Biz bu mövqeyə hörmətlə yanaşırıq. Buna görə də komanda nümayəndələrinin əvvəlki şurasında VAR ilə bağlı təkliflər irəli sürməmişik. Bu, yaxın gələcəkdə də baş verməyəcək”, – Reynfeldt bildirib.

Bu mövqe azarkeşlərin VAR tətbiqinə müqavimət göstərməsi, İsveç klublarının isə 51%-nin azarkeşlərə məxsus olması ilə izah edilib.

Aut.az

Exit mobile version