AUT.AZ

Azar MLS-dən gələn təklifi niyə qəbul etməyib?

Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını bitirmək qərarı haqda danışıb.

Aut.az xəbər verir ki, Azar bu barədə “Goal” nəşrinə danışıb.

“MLS pis deyil. Hətta zarafatla Kristian Bentekə dedim ki, Vaşinqtonda ona qoşulacam və ona assistlər edəcəm. Amma bu halda uzaq səfərə çıxmaq lazım idi ki, bu da məni dayandırdı.

Düzünü desəm, daha futbol oynamaq istəmirdim. Əgər həqiqətən də bir yerə köçmək istəsəm, problem olmazdı. Amma mənə daha lazım deyildi. Sadəcə pul qazanmaq və “Niyə belə etdim?” deyə düşünmək üçün haradasa oynamaq istəmirdim. – Azar deyib.

Xatırladaq ki, Azar 2023-cü ilin oktyabrında 32 yaşında karyerasını bitirib. Belçikalı futbolçunun son klubu 2019-cu ildən çıxış etdiyi “Real Madrid” olub. Bu müddət ərzində o, bütün turnirlərdə 76 matçda iştirak edib, 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version