AUT.AZ

A seriyasının tarixində ilk: Bu oyun qadınların nəzarətində olacaq

Bazar günü, aprelin 28-də çempionluğu təmin edən Milan “İnter”i A Seriyasının 34-cü turunun matçında “Torino”nu qəbul edəcək.

Aut.az xəbər verir ki, A seriyası tarixində ilk dəfə olaraq matçı tam qadınlardan ibarət hakimlər briqadası idarə edəcək. Baş hakim 33 yaşlı Maria Sole Ferrieri Kaputidir. Ona köməkçiləri Francesca Di Monte və Tiziana Trasciatti kömək edəcək.

Ferrieri Kaputi karyerası ərzində A Seriyasında 9 oyun idarə edib ki, onlardan 6-sı bu mövsümdür. Bu oyunlarda 33 yaşlı hakim 38 sarı və bir qırmızı vərəqə göstərib, həmçinin üç penalti təyin edib.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Aut.az

 

 

Exit mobile version