AUT.AZ

Xaviyə görə “Barselona”da ara qarışdı: İstefalar gözlənilir

“Barselona”nın baş məşqçisi Xavinin növbəti mövsümdə klubda qalmaq qərarı klub rəhbərliyi arasında münaqişəyə səbəb olub.

Aut.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, klub direktorlarından bəziləri istefa verə bilər.

Məsələ burasındadır ki, “Barselona” rəhbərliyi Xavinin maaşını nəzərə almadan klubun maliyyə hesabatının növbəti dövrünü planlaşdırıb. Bu problem tezliklə həll olunmasa, klub direktorlarının bir qismi istefa verə bilər.

44 yaşlı Xavi 2020-ci ilin payızından “Barselona”nın baş məşqçisidir.

Aut.az

Exit mobile version