AUT.AZ

Villaş-Boaşı “Çelsi”yə gəldiyi anda belə “sındırıblar”: Terri sirri açdı

“Çelsi”nin sabiq müdafiəçisi Con Terri komandanın Andre Villas-Boaş komandaya baş məşqçi təyin olunanda yaşadığı münaqişə haqda danışıb.

Aut.az xəbər verir ki, o, portuqal mütəxəssisin veteranları “sındırmaq” istəyinin özünə qarşı çevrildiyini bildirib.

“Andre Villaş-Boaş gələndə biz Honkonqa gediridk. Məlum oldu ki, komandanın veteranları ekonom sinifdə 13 saat uçmalı olacaqlar. Lakin gənc oyunçular biznes sinifində idilər. Bu, Andrenin komanda veteranlarına imtiyazlar verməmək siyasətinin bir hissəsi idi.

Oturub fikirləşirəm ki, yox, gənc futbolçular ekonom-klassa qayıtmayana və bu klubu o vaxt olduğu yerə gətirən şəxslər biznes-klassa qayıtmayana qədər heç yerə getməyəcəyəm.

Villaş-Boaş yanıma gəlib nə olduğunu soruşduqda ona dedim ki, veteranlar biznes sinfinə qayıtmayana qədər uçmayacağam. Nəhayət, tələbim yerinə yetirildi.

Villaş-Boaş ilk gündə özünü göstərməyə çalışdı, lakin dərhal da uğursuz oldu”, – deyə  “X” sosial şəbəkəsində “Football Talk” Terridən sitat gətirib.

Terri 1998-2017-ci illərdə “Çelsi”nin əsas komandasında çıxış edib.

Aut.az

Exit mobile version