AUT.AZ

Şok iddia: Rusiya klubu UEFA kubokunu rüşvətlə qazanıb

Fransa “Oser”inin sabiq baş məşqçisi Gi Ru  UEFA Kubokunun 2004/2005 mövsümündə qarşılaşdıqları Moskva ÇSKA-sını hakimlərə rüşvət verməkdə ittiham edib.

Aut.az xəbər verir ki, Ru bu barədə “L’Equipe”ə müsahibəsində deyib.

UEFA Kubokunun 1/4 finalında ordu komandası “Oser”i ümumi hesabda məğlub edib  (4:0, 0:2) və sonda kuboku qazanıb.

“Ruslar bizi qarət etdilər. Hakim satın alındı. ÇSKA ilə ilk oyundan sonra məndə şübhələr yaranmışdı. Cavab oyunu zamanı komandamızın üzvlərindən birindən xahiş etdim ki, matç davam edərkən hakimlərin çantasını yoxlasın. O, qəzəbli halda yanıma qayıtdı və dedi: “Yaqutlarla bəzədilmiş heyrətamiz bir saat var”, – Ru deyib.

Xatırladaq ki, 2006-cı ildə mərhum şərhçi Vasili Utkin “Rostov”la oyundan sonra ÇSKA-nı hakimlərə rüşvət verməkdə ittiham etmişdi.

Aut.az

Exit mobile version