AUT.AZ

Premyer Liqada qol şanslarını sağa-sola səpənlər: Görün lider kimdir

Premyer Liqada bu mövsüm şansları ən çox qaçıran futbolçuların adları açıqlanıb.

Aut.az xəbər verir ki, bu göstəricidə lider “Siti”nin hücumçusu Erlinq Haalanddır.

“Mançester Siti”nin hücumçusu İngiltərə çempionatının 34 turu ərzində 30 potensial qol şansından yararlana bilməyib.

Qeyd edək ki, Haaland  cari mövsümün bombardiridir – onun hesabında 20 qol var.

Bu göstəricidə ikinci yeri Darvin Nunes tutur – “Liverpul”un hücumçusu mövsümdə 11 qol vurub, 26 qol şansını əldən verib.

Üçüncü yeri “Çelsi”nin hücumçusu Nikolas Cekson və “Aston Villa”nın hücumçusu Olli Uotkins tutur Onlar mövsüm ərzində 20 əlverişli imkanı boşa veriblər.

Aut.az

Exit mobile version