AUT.AZ

Olimpiya çempionu Rusiya həbsxanası haqda: Döşəkdə böyük qan ləkəsi vardı

İkiqat Olimpiya çempionu Brittni Qrayner Rusiya həbsxanasındakı həyatı haqqında danışıb.

Aut.az xəbər verir ki, Qraynerin sözlərini “Inside the Games” nəşri sitat gətirib.

“Döşəkdə böyük qan ləkəsi var idi. Məndə sabun və ya tualet kağızı yox idi. Bu, özümü aşağı bir insan kimi hiss etdiyim an idi. Və düşündüm: “Yaxşı, bu əyləncəli bir gəzinti olacaq. Yaşamaq üçün nə etməlisənsə, etməlisən”, – Qreyner bildirib.

Amerikalı basketbolçu 2022-ci ilin fevralında Şeremetyevo hava limanında narkotik maddə idxal etdiyinə görə həbs edilib. Avqustda o, narkotik qaçaqmalçılığına görə 9 il azadlıqdan məhrum edilib, dekabrın əvvəlində isə ABŞ-da həbsdə olan rusiyalı iş adamı Viktor Butla dəyişdirilib.

Aut.az

Exit mobile version