AUT.AZ

Məşhur forvard karyerasını bərpa etdi: Ona hansı qadağanı qoydular?

Almaniya sabiq hücumçu Maks Kruze ötən payız “Paderborn”da rəsmi şəkildə vidalaşdığı futbola qayıtmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, i, Almaniyada 9-cu divizionunda mübarizə aparan həvəskarlardan ibarət “Əl Dəmirspor”un formasını geyinəcək.

Bu, 2003-cü ildə qurulan türk-alman klubudur. Klub rəhbərliyi məşqçi Güven Akpolatın köməkliyi ilə Kruzeni bu komandada oynamağa razı sala bilib.

“Ona sevimli 10 nömrəsini verə bilməyəcəyik. Bu artıq alınıb, amma bazar günü start heyətdə olacaq, Kruze komandanı kapitan sarğısı ilə meydançaya çıxaracaq”, – deyə Akpolat bildirib.

Kruze karyerasını bitirdikdən sonra tamamilə dəyişib. Buna görə də bu klubla müqavilə bağlamazdan əvvəl 100 kiloqram çəkisi olduğunu bildirib:

“Ümid edirəm ki, klubun XXXL köynəkləri var” – deyə ulduz hücumçu zarafat edib. O, qarşıdakı həftələrdə məşq və matçlar vasitəsilə fiziki durumunu bir qədər yaxşılaşdırmaq istəyir.

Məşqçi Akpolat, Kruzeyə klubun qaydaları haqqında məlumat verildiyini, Almaniyanın aşağı liqalarında adət edildiyi kimi, bir qutu pivə bonus alacağını, lakin qəlyandan istifadəni dayandırmalı olduğunu söyləyib:

“Ona dedik ki, o, qəlyandan istifadə bilməz. Hər bir klubda olduğu kimi, o, məşqə gecikəndə komandanın fonduna 10 avro ödəyir”.

Kruze demək olar ki, bütün karyerasını Almaniyada keçirib. Bundesliqada “Verder Bremen”, “Sankt Pauli”, “Frayburq”, “Borussiya Münhenqladbax”, “Volfsburq”, “Union Berlin” və “Paderborn”da yüzdən çox qol vurub.

Kruze Almaniya yığmasında 14 oyuna çıxıb və 4 qol vurub.

Exit mobile version