AUT.AZ

Lüks mənzilinə alıcı tapa bilmir

Hollandiya millisinin sabiq çalışdırıcısı Lui van Qaal Noordveykdəki mənzilini sata bilmir.

Aut.az xəbər verir ki, bu barədə “Bekende Buren” məlumat yayıb.

İlkin qiyməti 3 milyon 998 min avro olan bu lüks mənzil bir çox üstünlüklərə malikdir. 214 kvadratmetrlik mənzildə 2 yataq otağı və sauna ilə vanna otağı, 3 eyvan və şəxsi lift var. “Noordveyk Zee” dənizkənarı kurortunun sahilində yerləşir.

İlin bir hissəsini Portuqaliyada yaşayan Lui van Qal 2003-cü ildə evi 2,4 milyon avroya almışdı. Ona görə də sabiq məşqçi əmlakı yüksək qiymətə satmağa çalışır. Bunu bacarsa, ən 1,3 milyon avro qazanc əldə edəcək.

Aut.az

Exit mobile version