AUT.AZ

“Liverpul” yeni baş məşqçiyə görə bu qədər təzminat ödəyəcək

İngiltərənin “Liverpul” klubu baş məşqçisi Arne Slotun transferi üçün “Feyenoord”la danışıqlar aparır.

Aut.az xəbər verir ki, İngiltərə klubu müqaviləni mümkün qədər tez bağlamağa çalışır.

Jurnalist Ben Ceykobsun sözlərinə görə, “Feyenoord” məşqçisi üçün təzminat almağı planlaşdırır. Niderland klubunun rəhbərliyi ona görə 10-15 milyon avro almaq istəyir.

Jurnalist qeyd edir ki, Slot hazırda ingilis nəhənginin baş məşqçi postu üçün favoritdir.

Aut.az

Exit mobile version