AUT.AZ

La Liqanın oyunları xarici ölkələrdə? – Prezident təsdiqlədi

 İspaniya La Liqasının prezidenti Xavyer Tebas bildirib ki, yaxın gələcəkdə İspaniya çempionatının digər ölkələrdə, xüsusən də ABŞ-da keçirilməsi planlaşdırılıb.

Aut.az xəbər verir ki, Tebas bu barədə “Marca” nəşrinə açıqlamasında bildirib.

“Bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərəm, düşünürəm ki, 2025/2026 mövsümündə ola bilər. ABŞ-da keçiriləcək rəsmi matç İspaniya üçün prioritet olan Şimali Amerika bazarında mövqeyimizi gücləndirəcək. Səfərdə oynamaq ideyası bizim üçün strateji əhəmiyyət kəsb edir, çünki digər rəqabətədavamlı liqalar bizdən önə keçə bilər”, – deyə Tebas bildirib.

Qeyd edək ki, İspaniya Superkuboku 2019-cu ildən Səudiyyə Ərəbistanında keçirilir və bu turnirdə “Real Madrid” və “Barselona”nın iştirak edəcəyi təqdirdə İspaniya Futbol Federasiyasına 40 milyon avro ödənilir.

Aut.az

Exit mobile version