AUT.AZ

Keçmiş şəxsiyyətin kölgəsi: Salahı hədəf aldı

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda futbol eksperti Ceymi Karraqer Premyer Liqanın 29-cu turunun “Everton”la oyunundan (0:2) sonra “qırmızılar”ın hücumçusu Məhəmməd Salah haqda danışıb.

Aut.az xəbər verir ki, Karrager Salahın əvvəlki formasından uzaq olduğunu bildirib.

“Salah bu mövsümün çox hissəsində, xüsusən də zədədən sağaldıqdan sonra keçmiş şəxsiyyətinin kölgəsi kimi görünürdü. O, “Liverpul”un əfsanəsidir, superulduzdur, komandanın tarixinin ən böyük oyunçularından biridir, lakin “Everton”la matçda Məhəmməd özünə oxşamırdı”, – Britaniyanın “Liverpool Echo” internet nəşri Karragerdən sitat gətirib.

Aut.az

Exit mobile version