AUT.AZ

İngiltərə futbolunda inqilabi qanun: Deputatlardan xahiş etdi ki…

İngiltərə Premyer Liqanın rəhbəri müstəqil tənzimləyicinin mümkün yaradılması ilə bağlı narahatlığını bildirib.

Aut.az xəbər verir ki, keçən ilin fevralında Böyük Britaniya hökuməti tarixi əhəmiyyətli klubların dağılmasının qarşısını alacaq, azarkeşlərin komandaların həyatında daha çox iştirakına imkan yaradan, yeni sahibləri və menecerləri yoxlayacaq struktur yaratmaq planlarını açıqlamışdı. Tənzimləyici həmçinin İngiltərə klublarının Avropa Super Liqasında iştirakını qadağan edə biləcək.

ESPN-in məlumatına görə, qanun layihəsinin ikinci oxunuşu bazar ertəsi baş tutub. Premyer Liqanın rəhbəri Riçard Masters parlament qarşısında çıxış edərək qanunun qəbuluna məsuliyyətlə yanaşmağa çağırıb.

“Çox az sayda sənaye əlavə tənzimləməni alqışlayır, lakin o, mövcuddur və biz buna müsbət yanaşırıq.

Sənayemiz istənilən ölçüdə inanılmaz dərəcədə uğurludur. Ancaq bu, təkcə Premyer Liqa deyil, bizim piramidanın bütün səviyyələrində fantastik dərəcədə uğurlu liqalarımız var. Biz Almaniyaya, İspaniyaya, Fransaya baxıb “yaxşı, görürük ki, işləyir” deyə bilmərik.

Biz böyük riskə gedirik və buna görə də deputatlardan və həmkarlarımızdan qanun layihəsinə çox diqqətlə və qərəzsiz baxmalarını xahiş edirik ki, ondan bütün futbol faydalansın və gözlənilməz nəticələrlə üzləşməməliyik”, – Masters bildirib.

Aut.az

Exit mobile version