AUT.AZ

Hakimi axmaq adlandıran Ramazaniyə bu cəza verildi

“Almeriya”nın futbolçusu Larci Ramazani hakimi təhqir etdiyinə görə ağır cəza alıb.

Aut.az xəbər verir ki, “Vilyarreal” ilə matçın sonunda mübahisəli məqamlardan birindən sonra oyunçu hakimi axmaq adlandırıb (orijinalda nalayiq sözlər işlədilib).

“Diario de Almeria” xəbər verir ki, buna görə Etika Komitəsi futbolçunu 5 oyunluq diskvalifikasiya və 2,4 min avro cərimə edib.

Beləliklə, Ramazani 2023/2024 mövsümünün demək olar ki, sonunu buraxacaq. Eyni zamanda o, həm də ən yüngül cəza alıb. Çünki hakimi belə təhqir etməyə görə futbolçu 12 matça qədər diskvalifikasiya oluna bilər.

Aut.az

Exit mobile version