AUT.AZ

Fernando Muslera karyerasını başa vurdu

“Qalatasaray”ın qapıçısı Fernando Muslera Uruqvay milli komandasındakı karyerası ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, 37 yaşlı qolkiper yığmada karyerasını başa vurub. Bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Fernando Muslera millidə 2009-cu ilin oktyabr ayında debüt edib. Təcrübəli qapıçı Cənubi Amerika təmsilçisinin heyətində 133 oyun keçirib.

Exit mobile version