AUT.AZ

Dünya çempionu diskvalifikasiya edildi: Harada olduğunu bildirməyib

Yüngül atletika üzrə dünya çempionu fransalı Pierre-Ambroise Bosse harada olması ilə bağlı öhdəliklərini pozduğuna görə bir il müddətinə idmandan uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Fransa Antidopinq Agentliyi (AFLD) bu qərarı idmançının 2022-ci ilin sentyabrından 2023-cü ilin iyununa qədər 3 dəfə dopinq testindən keçməməsi ilə bağlı verib.

“Düzdür, yerimi göstərməkdə həmişə məsuliyyətli olmamışam. Amma bu vaxta qədər bu, mənə qarşı belə qəddar zarafat etməmişdi. Bilirəm ki, daha ciddi olmalıydım”, – Boss qeyd edib.

Boss 2017-ci ildə 800 metr məsafəyə qaçış üzrə dünya çempionu və eyni məsafədə Avropa çempionatının ikiqat bürünc mükafatçısıdır.

Aut.az

Exit mobile version