AUT.AZ

“Çelsi” ulduzunu satışa çıxarır

“Çelsi” mövsüm bitdikdən sonra yarımmüdafiəçi Rahim Sterlinqi satmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

“Çelsi” Səudiyyə Ərəbistanından Sterlinq üçün gələcək təkliflərə də açıqdır.

Mənbə həmçinin müdafiəçi Mark Kukurellanın artıq baş məşqçi Maurisio Poçettinonun planlarında olmayan oyunçular siyahında yer aldığını iddia edir.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 32 matçdan sonra 9-cu pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version