AUT.AZ

“Barsa”da üzlər gülür: Mövsümü bu qədər gəlirlə başa vuracaqlar

“Barselona” cari mövsümü mənfəətlə başa vurmağa yaxındır.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, klubun cari mövsüm üçün proqnozlaşdırılan gəliri 859 milyon avro, vergidən sonrakı mənfəəti isə 11 milyon avro olacaq.

“Barselona” mövsümü qazancla başa vurmaq şanslarına nikbin baxır və transferlərdən əldə edilən bütün vəsaitlərin yeni oyunçuların alınması üçün istifadə oluna biləcəyi “1-ə 1” qaydasına qayıtmağı nəzərə alaraq heç bir məhdudiyyətin olmayacağı yay transfer pəncərəsinə hazırlaşır.

“Barselona”nın maliyyə vəziyyəti ilə bağlı optimist proqnozlar La Liqa ilə məsləhətləşmələr zamanı da təsdiqlənib.

Aut.az

Exit mobile version