AUT.AZ

Axmaq Superliqadan nə vaxt imtina edəcəksən? – Əl-Xəlaifi Laportaya deyib

PSJ və “Barselona” arasında baş tutan Çempionlar Liqası matçından əvvəl Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi Joan Laportadan “axmaq Super Liqa”nı tərk etməsini istəyib.

La Liqanın əzəli rəqibləri “Real” və “Barselona” hələ də Super Liqanı təbliğ edən iki klubdur.

Fransanın PSJ klubu, eləcə də Almaniya “Bavariya”sı və “Borussiya”sı əvvəldən Superliqa yaradılması ideyasına qarşı olduqlarını bildiriblər.

“Mən həmişə Super Liqanın olmayacağını demişəm. Çempionlar Liqası hamı üçün dünyanın ən yaxşı yarışmasıdır və bu klublar (“Barselona” və “Real”) Çempionlar Liqasında oynayırlar, çünki bunun nə qədər vacib olduğunu bilirlər”, – Əl-Xəlaifi deyib.

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu öncəsi Laporta ilə görüşündən danışıb: “Ondan soruşdum: “Nə vaxt bu axmaq ideyadan imtina edəcəksən? Bunun heç bir mənası yoxdur”.

Aut.az

Exit mobile version