AUT.AZ

100 milyonluq müqavilə

“Formula 1” komandası “Scuderia Ferrari” ilə texnika və proqram təminatı təchizatçısı “Hewlett-Packard” (HP) arasında müqavilə imzalanıb.

Aut.az xəbər verir ki, bu barədə “Corriere della Ser” qəzeti məlumat yayıb.

Anlaşmanın dəyəri 100 milyon dollardır. Bu, “Ferrari”yə britaniyalı sürücü Lyuis Hemiltonu yüksək maaşla təmin etməyə imkan verəcək.

Məlumata görə, pul müqavilə əsasında 5 il ərzində ödəniləcək. Eyni zamanda komandanın adının dəyişdiriləcəyi də açıqlanıb.

Aut.az

Exit mobile version