AUT.AZ

Əfsanədən hər kəsi şoka salan açıqlama: Bu yarışda sonuncu çıxışı olacaq

22 dəfə Böyük Dəbilqə qalibi və dünyanın keçmiş bir nömrəsi Rafael Nadal karyerası ilə bağlı mühüm açıqlama verib.

Aut.az xəbər verir ki, Madriddəki hazırkı Masters turnirinin onun karyerasının sonuncusu olacağını bildirib:

“Madriddə oynamaq mənim üçün həmişə xoşdur. Yenidən burada oynamağı səbirsizliklə gözləyirəm. 100 faiz hazır deyiləm, amma sabah meydança çıxıb oynamağa hazıram. Düşünürəm ki, bu, Madriddə sonuncu dəfə çıxışım olacaq”.

Qeyd edək ki, İspaniyanın paytaxtında keçirilən torpaq yarışın ilk turunda 37 yaşlı Nadal 16 yaşlı amerikalı Darvin Blanşla qarşılaşacaq. Nadal 5 dəfə Madrid Masters turnirinin qalibi olub.

Aut.az

 

Exit mobile version