AUT.AZ

Terriyə ən çox problem yaradan 4 futbolçu: Ondan çox qorxurdum

Bu yaxınlarda Premyer Liqanın Şöhrət Zalına daxil edilmiş “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri ona meydanda ən çox problem yaradan 4 futbolçunun adını çəkib.

Aut.az xəbər verir ki, Terri bu barədə “The Sun”a danışıb.

“Tyerri Anri qarşılaşdığım ən yaxşı və ən çox qorxduğum futbolçu idi.

Növbəti yerdə Ueyn Runi olmalıdır. Premyer Liqada ona qarşı oynadığımı və İngiltərə millisində komanda yoldaşı olduğumu xatırlayıram. O, fenomenal idi.

Və Serxio Aquero və ya Harri Keynə müqavimət göstərmək çətin idi”, – Terri bildirib.

Qeyd edək ki, Anri, Aquero və Runi də Premyer Liqanın Şöhrət Zalında daxil ediliblər.

Aut.az

Exit mobile version