AUT.AZ

Təqaüd təxirə salınır: Komandanın əfsanəsi yeni müqavilə imzalayacaq?

Businessmen signed a joint venture agreement.

Dortmund “Borussiya”sı komandanın təcrübəli mərkəz müdafiəçisi Mats Hummels ilə yeni müqavilə ilə bağlı fəal danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrisio Romano məlumat yayıb.

Hələlik razılıq əldə olunmayıb. Takin tərəflər danışıqların uğurla nəticələnəcəyinə əmindirlər.

Mart ayında Hummelsin mövsümün sonunda təqaüdə çıxa biləcəyi bildirildi.

Qeyd edək ki, 35 yaşlı müdafiəçi “Borussiya”nın heyətində bütün turnirlərdə 35 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version