AUT.AZ

MBA ulduzunun qardaşı azarkeşi belə yumruqladı – VİDEO

“Denver Nuggets”in mərkəz oyunçusu, serbiyalı Nikola Yokiçin böyük qardaşı Straxinya Yokic, “Los Angeles Lakers” ilə MBA-nın pley-off seriyasının 2-ci oyunu başa çatdıqdan sonra azarkeşi  yumruqlayıb.

Aut.az xəbər verir ki, Denverdə keçirilən görüş meydan sahiblərinin 101:99 hesablı qələbəsi ilə başa çatıb və Cokiç 27 xal, 20 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edib.

Sosial şəbəkələrdə ulduz basketbolçunun qardaşının tribunada bir kişi ilə nəyəsə görə mübahisə etdiyini və sonra onun üzünə yumruqla vurduğunu əks etdirən görüntülər yayılıb.

“New York Post” xəbər verir ki, MBA hadisəni araşdırır.

Aut.az

Exit mobile version