AUT.AZ

Jiru bu klubla anlaşdı

“Milan”ın və Fransa millisinin hücumçusu Olivye Jiru karyerasını xaricdə davam etdirəcək.

Aut.az xəbər verir 37 yaşlı futbolçu “Los Anceles”lə müqavilə imzalamağa razılaşıb. Müqavilə bir il yarım müddətinə etibarlıdır və uzadılma variantını ehtiva edir.

“L’Equipe” xəbər verir ki, futbolçunun maaşı ildə 3 milyon avro olacaq.

Jirnun Avropa çempionatından sonra azad agent kimi “Los-Anceles”ə qoşulacağı gözlənilir. İlin əvvəlindən Fransa millisinin sabiq qapıçısı Uqo Lloris “Los-Anceles”də çıxış edir.

Bu mövsüm Jiru “Milan”ın heyətində 42 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version