AUT.AZ

Çempionluğu belə qeyd etdilər: Əzəli rəqibin rənglərində tabut – VİDEO

“İnter” azarkeşləri A seriyasında qazanılan çempionluğu qeyri-adi şəkildə qeyd ediblər.

Aut.az xəbər verir ki, azarkeşlər meydana özləri ilə “Milan”ın rənglərində olan tabut gətiriblər. Onlar bununla əzəli rəqibi dəfn etdiklərinin mesajını veriblər.

Qeyd edək ki, “İnter” A seriyasının 33-cü turunda məhz “Milan”a qalib gələrək (2:1) çempionluğu vaxtından əvvəl təmin ediblər.

Aut.az

Exit mobile version