AUT.AZ

Çalhanoğlu canlı yayımda prezidentlə zarafatlaşdı: Bir fincan qəhvə məndən bahadır – VİDEO

“İnter”in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu və hücumçusu Markus Tyuram maraqlı formada gündəmə gəliblər.

Aut.az xəbər verir ki, onlar sosial şəbəkədə canlı yayımlarına qoşulan Milan klubunun prezidenti Stiven Çanqla alındıqları qiymətlə bağlı ironik şəkildə zarafat ediblər.

Turam. Cənab Prezident, bizi 0 avroya aldınız!

Çalhanoğlu. Bir fincan qəhvə Turamla məndən bahadır (gülür) .

Turam. Hədiyyəmizi almalıyıq.

Çang: Bu canlı yayımın səhv olduğunu bilirdim (gülür) .

Xatırladaq ki, Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər “Milan”da çıxış edib. Öz növbəsində, Turam ötən yay sərbəst futbolçu kimi “neradzurri”yə transfer olunub.

Exit mobile version