“Bayer”in lideri mesaj göndərdi: Hansı çempionatda oynamaq istəyir?
Natiq Muxtarlı
“Bayer”in liderlərindən biri olan Alexandro Qrimaldo İspaniya çempionatına qayıtmaq istədiyini qeyd edib.
Aut.az xəbər verir ki, Leverkuzen təmsilçisinin müdafiəçisi bu barədə “Marca”ya açıqlama verib. “Gələcəkdə La Liqada oynamaq istərdim. Çünki İspaniya mənim vətənimdir” – deyə 28 yaşlı futbolçu bildirib.
Qrimaldo karyerasına “Barselona”da başlayıb. Lakin heç vaxt əsas komandada debüt etməyib.
O, bu mövsüm “Bayer Leverkuzen”lə Almaniya çempionu olub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.