AUT.AZ

“Barselona” onu satmağa hazırlaşır, özü isə…

Frenkie de Yong bu yay “Barselona”nı tərk edə bilər.

Aut.az xəbər verir ki, Kataloniya klubu niderlandlı futbolçunu satmaq qərarına gəlib. Bu barədə “Diario SPORT” məlumat yayıb.

Amma problem ondadır ki, 26 yaşlı yarımmüdafiəçi “Barsa”dan ayrılmaq istəmir. Mənbə iddia edir ki, La Liqa təmsilçisinin rəhbərliyi Frenkini getmətə razı salmağa çalışacaq. Iakin onun komandada ən çox maaş alan futbolçulardan biri olduğunu nəzərə alsaq, bu, çətin olacaq.

Qeyd edək ki, De Yonq zədə səbəbindən ötən həftə cari mövsümü başa vurub. “Transfermarkt” 26 yaşlı futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Exit mobile version