AUT.AZ

Azərbaycan Kuboku: “Qarabağ” və “Zirə” finalda!

Bu gün futbol üzrə Azərbaycan kubokunda finalçılar məlum olub.

Aut.az xəbər verir ki, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda keçirilib.

İlk olaraq “Qəbələ” və “Zirə” üz-üzə gəlib. Bakıdakı ilk görüşdə Zirə təmsilçisi qələbə qazanmışdı – 2:1. Cavab görüşündə də qalib gələn “Zirə” ilk finalçı olub.

İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gəlib. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayıb. İlk matçda Ağdam komandası rəqibini 4 cavabsız qolla üstələmişdi. Bu dəfə də darmadağına seviinən “Qarabağ” finalda “Zirə”yə rəqib olub.

Qeyd edək ki, minal matçı iyunun 2-də “Dalğa Arena”da keçiriləcək.

Azərbaycan kuboku: 1/2 final, cavab oyunları

17:00 Qəbələ – Zirə 0:2

Qollar: Kulaç 59, Utziq 84

(İlk oyun 1:2)

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

20:00 Qarabağ – Neftçi 4:1

Qollar: Juninyo 16, 70, Qara Qarayev (avtoqol) 62, Nəriman Axundzadə 77 – Mirzov 64

(İlk oyun 4:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanskiy, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Baş məşqçi: Miodraq Bojoviç

Exit mobile version