AUT.AZ

13 yaşlı uşaq məşq zamanı öldü

Rusiyanın Novosibirsk vilayətinin Tatarsk şəhərində 13 yaşlı uşaq məşq zamanı ölüb.

Aut.az xəbər verir ki, bu barədə “Mash Siberia” məlumat yayıb. Faciə voleybol məşqi zamanı baş verib. Uşaq özünü pis hiss edib və təcili yardım çağırılıb.

Məktəbli xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Uşağın ölüm səbəbi araşdırılır.

Aut.az

Exit mobile version