AUT.AZ

Ən titullu idmançı geri qayıdır: Məqsədi başqadır

Ulduz avstriyalı xizəkçi Marsel Hirşer 35 yaşında dünya çempionatına qayıdacaq.

Aut.az xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.

Eyni zamanda, Hirşer Avstriya millisində deyil, Niderland yığmasında çıxış edəcək. Avstriya Xizək Federasiyası artıq Hirşerin idman vətəndaşlığını dəyişməsinə razılıq verib. O, yeni seçili təsadüfi deyil. Çünki anası niderlanddır.

2019-cu ildə təqaüdə çıxan Marsel geri dönüş səbəbi təkcə idman deyil. O, həm də kommersiya məqsədləri güdür. İdmandan ayrıldıqdan sonra artıq dağ xizəyi və xizəklə tullanmada ən yüksək səviyyədə istifadə olunan “Van Deer” xizək brendini yaratdı. Hirşerin əsas məqsədlərindən biri öz şirkətini tanıtmaqdır.

O, tarixin ən uğurlu dağ xizəkçilərindən biridir. Ümumilikdə 8 dəfə Dünya Kubokunun qalibi olub, həmçinin iki dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olub.

Aut.az

Exit mobile version