AUT.AZ

“Real”dan ayrılır: İngiltərə nəhənginin “bir nömrə”si olmaq üçün

“Real”ın qapıçısı Andrey Lunin “Los Blankos” ilə yeni müqavilə imzalamaq fikrində deyil.

Aut.az xəbər verir ki, ukraynalı futbolçu Madrid klubunu tərk edə bilər. Bu barədə “TodoFichajes” məlumat yayıb.

Lunin belçikalı həmkarı Tibo Kurtuanın zədəsini sağaltdığı zaman ehtiyat qapıçı olmaq istəmədiyi üçün yeni şərtlərlə təklif edilən yeni sözləşmədən imtina edib.

25 yaşlı qolkiperi heyətinə qatmaq istəyən əsas iddiaçı indi “Mançester Yunayted”dir. İngiltərə nəhəngi Anfre Onananın əvəzinə Luninə yaxşı şəratlər müqavilə və bir nömrəli status təklif etməyə hazırdır.

Qeyd edək ki, cari mövsümdə Lunin “Real” forması ilə 28 oyun keçirib, 25 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb. Qapıçının Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Aut.az

Exit mobile version