AUT.AZ

Onu qovacaq: Kuboku qazansa belə

Erik ten Haq çox güman ki, “Mançester Yunayted”in baş məşqçisi postunu tərk edəcək.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in həmsahiblərindən biri olan ser Cim Ratkliff niderlan mütəxəssisin işindən məyusdur. Funksioner komanda İngiltərə Kubokunu qazansa belə onu işindən azad edəcək.

Xatırladaq ki, “Mançester Yunayted”in rəqibi İngiltərə kubokunun finalındakı “Mançester Siti”dir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 32 matçdan sonra yeddinci sıradadır.

Exit mobile version