AUT.AZ

Hamının arzuladığı döyüş olacaq? – Ona “hazırlaş” deyiblər

Ağır çəkili Entoni Coşua açıq şəkildə bildirdi ki, Tayson Fyuri ilə payızda döyüşə bilər, baxmayaraq ki, hazırkı WBC çempionunun müqaviləsində Aleksandr Usiklə may ayında döyüşdən sonra revanş döyüşü nəzərdə tutulur.

“Səudiyyə Ərəbistanında azarkeşlərin istədiyini edirlər. Əgər azarkeşlər Fyuri ilə döyüşümü istəsələr, o zaman bu baş verəcək. Mən Fyuri ilə döyüşmək istəyirəm. Mübarizə mütləq baş tutacaq. Mənə dedilər ki, sentyabra hazırlaş. Əvvəlcə Usik və Fyuri mayda, mən isə sentyabrda döyüşəcəyəm. Bu, inanılmazdır”, – Coşua deyib.

Bundan əvvəl Səudiyyə Ərəbistanındakı təşkilatçıların ukraynalının revanş matçından imtina etməsi və Fyuri ilə Coşuanın döyüşməsinə icazə verməsi üçün ona kompensasiya ödəməyə hazır olduqları bildirilirdi.

Aut.az

Exit mobile version