AUT.AZ

“El klasiko”dan əvvəl polisi qorxutdu, oyundan sonra… – FOTO

Antonio Rüdiger “Barselona” ilə oyundan əvvəl polisi qorxutmağa çalışıb.

Aut.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bunu isinmə hərəkəti zamanı edib.

Rüdiger “Real”ın paltardəyişmə otağını qoruyan polislə zarafat etmək qərarına gəlib. Futbolçu onun üstünə atılaraq polisi qorxutmağa çalışıb. O, futbolçunun bu hərəkətinə gülümsəyərək cavab verib.

Matçdan sonra Rüdiger ona formasını hədiyyə edib.

“Real Madrid” doğma meydanda “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

 

Aut.az

Exit mobile version